12/05/2021
19:08
2664
| A A A
Laport milli seçimini etdi

Manchester City-nin futbolçusu Emerik Laport İspaniya vətəndaşlığı alma prosesini yekunlaşdırıb.

Goal.az xəbər verir ki, 26 yaşlı müdafiəçi qarşıdakı Avropa çempionatında İspaniya millisinə kömək edə biləcək. O, Fransada doğulsa da, milliyyətcə baskdır. Manchester City-yə keçənədək Laport Athletic-in formasını geyinib. Gənc yaşlarında isə Laport Fransanın aşağı yaş qrupları üzrə yığmasında çıxış edib.

Qeyd edək ki, 11 iyun - 11 iyulda keçiriləcək Avropa çempionatında İspaniya yığması Polşa, Slovakiya və İsveçlə eyni qrupda yer alıb.