15/05/2021
18:44
1315
| A A A
Türkiyə millisinin yoxlama oyunu ləğv olundu

Türkiyə millisinin Şimali İrlandiya yığması ilə yoldaşlıq oyunu ləğv olunub.

Goal.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Şenol Günəş məlumat verib. O bildirib ki, koronavirusun Türkiyədə geniş yayılması səbəbindən Şimali İrlandiya qardaş ölkəyə getmək istəməyib.

Sözügedən görüş mayın 31-də keçirilməli idi.

Qeyd edək ki, Türkiyə millisi mayın 27-də Alanyadakı "Oba" stadionunda Azərbaycanla yoxlama oyununa çıxacaq. Daha sonra "ay-ulduzlular"ın ikinci yoxlama matçındakı rəqibi bəlli olacaq.