16/05/2021
16:29
1553
| A A A
Dani Alveşə 38 yaşında milli dəvət

Braziliya milli komandasının DÇ-2022-nin seçmə mərhələsinin oyunları üçün heyəti açıqlanıb.

Goal.az xəbər verir ki, yığmanın baş məşqçisi Tite, 38 yaşlı müdafiəçi Dani Alveşə də dəvət göndərib.

Bu barədə millinin mətbuat xidməti məlumat yayıb. Braziliyanın San Paolo klubunda çıxış edən Alveş, Ekvador və Paraqvaya qarşı keçiriləcək oyunlar üçün heyətə çağırılıb.

Alveş sonuncu dəfə 2019-cu ilin oktyabrında milliyə dəvət almışdı. (matc)