18/05/2021
15:27
998
| A A A
İtaliya millisi Mançiniylə bağlı qərarını verdi - RƏSMİ

İtaliya Futbol Federasiyası millinin baş məşqçisi Roberto Mançini ilə yeni müqavilə imzalayıb.

Goal.az xəbər verir ki, 56 yaşlı mütəxəssislə müqavilənin müddəti 2026-cı ilin yayına qədər uzadılıb. O, yeni sözləşmə ilinə 3 milyon avro qazanacaq.

Qeyd edək ki, Mançini 2018-ci ildən İtaliya millisini çalışdırır.