23/05/2021
18:27
1544
| A A A
Milli karyerasını başa vurdu – 31 yaşında

Bosniya və Herseqovina milli komandasının və Türkiyənin Başakşehir klubunun futbolçusu Edin Vişça yığmadakı karyerasını bitirib.

Goal.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina yığmasının baş məşqçisi İvaylo Petev açıqlama verib.

O, Vişçanın milli komandadakı karyerasını bitirməsi ilə bağlı onu məlumatlandırdığını bildirib.

2010-cu ildə Bosniya və Herseqovina millisində debüt edən Vişça, yığmada 55 oyunda 10 qol vurub. (matc)