07/06/2021
11:07
1298
| A A A
İspaniya millisində koronavirus şoku

İspaniya millisinin kapitanı Serxio Buskets koronavirusa yoluxub.

Goal.az İspaniya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Digər oyunçuların testi mənfi olub. Busketsin karantinə alındığı bildirilib.

Beləliklə, o, iyunun 8-i keçiriləcək Litva ilə yoldaşlıq görüşünü dəqiq buraxacaq. Futbolçunun İsveç millisinə qarşı Avro-2020-nin açılış oyunundakı iştirakı (14 iyun) sual altındadır.

Qeyd edək ki, Avro-2020 11 iyun - 11 iyul tarixlərində keçiriləcək.