08/06/2021
17:37
1503
| A A A
Niderland millisində yeni itki

Niderland millisinin üzvü Donni van de Bek Avro-2020-də oynamayacaq.

Goal.az Niderland Futbol Federasiyasının rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi zədələnib. Baş məşqçi Frank de Bur oyunçunun əvəzinə yığmaya heç kəsi dəvət etməyəcək.

Qeyd edək ki, Manchester United-in futbolçusu ötən mövsüm Premyer Liqada 19 matçda meydana çıxıb.