11/06/2021
12:37
1094
| A A A
Kosta Rika millisində məşqçi ayrılığı

Kosta Rika yığmasının baş məşqçisi Ronald Qonsales istefaya göndərilib.

Goal.az xəbər verir ki, bu barədə Kosta Rika Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Komanda ötən gecə ABŞ-la yoxlama oyunu keçirib və 0:4 hesabı ilə uduzub. Matçdan dərhal sonra baş məşqçi istefaya göndərilib.

Qeyd edək ki, Ronald Qonsales 2019-cu ildən Kosta Rika yığmasına rəhbərlik edirdi. Bu komanda onun rəhbərliyi altında keçirdiyi son 10 oyunda qələbə qazana bilməyib.