22/06/2021
14:26
3693
| A A A
Amerika Kubokunda koronavirusa yoluxanların sayı 100-ü keçdi

Amerika Kubokunda koronavirusa yoluxanların sayı açıqlanıb.

Goal.az Cənubi Amerika Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, infeksiya aşkarlanan şəxslərin sayı 140-a çatıb. Turnirin başlanğıcından 15 235 test aparılıb. Xəstəliyə yoluxanların əksəriyyəti işçilər və nümayəndə heyətinin üzvləridir.

Qeyd edək ki, Amerika Kubokuna iyulun 11-də yekun vurulacaq.