18/08/2021
12:57
2257
| A A A
Ukrayna millisində yeni baş məşqçi

Ukrayna millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Goal.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyası məlumat yayıb. Yığmanı Aleksandr Petrakovun çalışdıracağı bildirilib. Lakin 64 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, millinin son çalışdırıcısı Andrey Şevçenko olub.