24/08/2021
16:29
2636
| A A A
Ukrayna prezidenti Andrey Şevçenkonu mükafatlandırıb

Ukrayna prezidenti Vladimir Zelenski futbol üzrə millinin sabiq baş məşqçisi Andrey Şevçenkonu mükafatlandırıb.

Goal.az xəbər verir ki, ölkə başçısı 45 yaşlı mütəxəssisə 5-ci dərəcəli Yaroslav Mudrı ordenini təqdim edib.

Qeyd edək ki, 2016-cı ildə baş məşqçi təyin edilən Andrey Şevçenko avqustun 1-də yığma ilə yollarını ayırıb. Komanda onun rəhbərliyi altında AVRO-2020-də 1/4 finala yüksəlib.

Şevçenkonu bu postda Aleksandr Petrakov əvəzləyib.