Messi Pelenin rekordunu qırdı
DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 10-cu turunda Boliviyanı qəbul edən Argentina 3:0 hesablı qələbə qazanıb.
Goal.az xəbər verir ki, kapitan Lionel Messi oyunda het-trik edib. Bununla da 34 yaşlı hücumçu bir neçə rekorda imza atıb.
Messinin milli komandada vurduğu qolların sayı 79-a çatıb. O, əfsanəvi braziliyalı Peleni (77 qol) üstələyib və Cənubi Amerikanın yığma komandaları oyunçularının qollarının sayı üzrə rekorda imza atıb.