11/09/2021
15:51
1890
| A A A
Braziliya millisi rekordunu təkrarladı

Braziliya yığması DÇ-2022-nin seçmə mərhələsinin 10-cu turu çərçivəsində Peruya 2:0 hesabıyla qalib gəlib.

Goal.az xəbər verir ki, bu oyun braziliyalılar üçün əlamətdar olub.

Belə ki, sözügedən komanda DÇ-nin seçmə mərhələ oyunlarında ardıcıl 9-cu qələbəsinə sevinib. Bu isə rekord göstəricidir.

Braziliya yığması bununla əvvəlki rekordunu yeniləmiş olub. Bu komanda 2016-cı ilin sentyabrından 2017-ci ilin dekabrına qədər DÇ-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində ardıcıl 9 qələbə qazanmışdı. Braziliyalıların qarşıda da seçmə mərhələ çərçivəsində xeyli oyununun qaldığını nəzərə alsaq, yeni rekordun müəyyənləşməsi də istisna deyil.

Braziliyalılar DÇ-2022-nin seçmə mərhələsində keçirdiyi 8 oyunun hamısından qalib ayrılıb. Bu komanda hazırda 24 xalla zirvədə qərarlaşıb. Daha bir qələbə isə DÇ-2018-in seçmə mərhələsində qeydə alınıb. (matc)