Maskerano Argentina millisini çalışdıra bilər
Ötən il futbolçu karyerasını başa vuran argentinalı futbolçu Xavyer Maskerano məşqçiliyə başlayacaq.
Goal.az xəbər verir ki, 37 yaşlı veteran Argentinanın U-20 milli komandasının baş məşqçisi olacaq. O, bu postda həmyerlisi Fernando Batistanı əvəz edəcək.
Bu ilin əvvəlində Xavyer Maskerano Argentina Futbol Assosiasiyasına qoşularaq milli komandanın strukturuna daxil olub.