19/04/2022
13:26
5880
| A A A
Kolumbiya millisinin baş məşqçisi istefaya göndərilib

Futbol üzrə Kolumbiya milli komandasının baş məşqçisi Reynaldo Rueda istefaya göndərilib.

Goal.az xəbər verir ki, buna yığmanın 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsi səbəb olub.

Millinin yeni baş məşqçisinin adı qarşıdakı günlərdə açıqlanacaq.

Qeyd edək ki, Reynaldo Rueda 2021-ci ildən Kolumbiya yığmasına başçılıq edirdi. 65 yaşlı mütəxəssis daha əvvəl Honduras, Ekvador və Çili seçmələrinə də rəhbərlik edib. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI