Çili millisinin yeni baş məşqçisi məlum olub
Çili millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Goal.az xəbər verir ki, bu posta Eduardo Berisso təyin olunub. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Berisso ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, argentinalı mütəxəssis daha əvvəl 2007-2010-cu illərdə Çili millisində çalışıb.