11/06/2022
10:44
820
| A A A
Bu gün UEFA Millətlər Liqasında III turun son görüşləri keçiriləcək

Bu gün UEFA Millətlər Liqasında III turun son görüşləri keçiriləcək.

Goal.az xəbər verir ki, son oyun günündə A, B və C Liqalarında 10 qarşılaşma baş tutacaq.

A Liqasının 3-cü qrupunda İngiltərə İtaliyanı, Macarıstan Almaniyanı qəbul edəcək. 4-c qrupda isə Polşa Niderlandın, Belçika Uelsin qonağı olacaq.

B Liqasının 1-ci qrupunda Ukrayna millisi ölkədəki müharibə səbəbindən Ermənistanla Polşanın Lodz şəhərində üz-üzə gələcək. Bu qrupun digər matçında İrlandiya evdə Şotlandiyanı sınağa çəkəcək. 3-cü qrupda isə Monteneqro Bosniya və Herseqovina ilə, Rumıniya Finlandiya ilə qarşılaşacaq.

C Liqasının 1-ci qrupunda ilk 2 oyundan maksimum nəticə qazanan Türkiyə yığması səfərdə Lüksemburqla münasibətlərinə aydınlıq gətirəcək. Digər görüşdə isə Farer adaları Litvanı qəbul edəcək. (report)

11 iyun

Millətlər Liqası, III tur

A Liqası

3-cü qrup

22:45. İngiltərə - İtaliya

22:45. Macarıstan – Almaniya

Xal durumu: İtaliya – 4, Macarıstan – 3, Almaniya – 2, İngiltərə - 1.

4-cü qrup

22:45. Niderland – Polşa

22:45. Uels – Belçika

Xal durumu: Niderland – 6, Belçika – 3, Polşa – 3, Uels – 0.

B Liqası

1-ci qrup

17:00. Ukrayna – Ermənistan

20:00. İrlandiya – Şotlandiya

Xal durumu: Şotlandiya – 3 (1), Ukrayna 3 (1), Ermənistan – 3, İrlandiya – 0.

3-cü qrup

22:45. Monteneqro - Bosniya və Herseqovina

22:45. Rumıniya – Finlandiya

Xal durumu: Finlandiya – 4, Bosniya və Herseqovina – 4, Monteneqro – 3, Rumıniya – 0.

C Liqası

1-ci qrup

20:00. Farer adaları – Litva

22:45. Lüksemburq - Türkiyə

Xal durumu: Türkiyə - 6, Lüksemburq – 6, Farer adaları – 0, Litva – 0.