Türkiyə yığması 4 futbolçusundan məhrum oldu
Millətlər Liqasının qrup mərhələsində Farer Adaları ilə qarşılışacaq Türkiyə millisinin heyətində ciddi itkilər baş verib.
Goal.az xəbər verir ki, Lüksemburqla dünən baş tutan matçda (3:3) Merih Demiral, Çağlar Söyüncü və Orkun Kökçü zədələnib. Sarı vərəqə alan Cengiz Ünder isə cəzalı duruma düşüb. Onlar millinin düşərgəsini tərk edib.
Farer Adaları - Türkiyə qarşılaşması 25 sentyabr tarixində baş tutacaq.