09/01/2023
14:27
2651
| A A A
Qvardiola Braziliya millisinin təklifini rədd edib

Manchester City-nin baş məşqçisi Xosep Qvardiola Braziliya millisindən təklif alıb.

Goal.az xəbər verir ki, Braziliya Futbol Federasiyasının nümayəndəsi Qvardiolanın qardaşı və meneceri olan Pere Qvardiola ilə danışıq aparıb. Xosep qardaşına Manchester City-də yarımçıq işinin olduğunu bildirərək təklifi rədd edib.

Braziliya millisi DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya uduzaraq mübarizəni dayandırmasından sonra komndanın baş məşqçisi Tite istefa verib. 

GÜNÜN ƏN ÇOX OXUNANLARI