Pirlo Belçika millisini çalışdırmaq istəyir
Juventus-un sabiq baş məşqçisi Andrea Pirlo Belçika millisini çalışdırmaq istəyir.
Goal.az xəbər verir ki, Belçika Futbol Federasiyasının rəhbərliyi Roberto Martinesin gedişindən sonra yeni komandanın baş məşqçisi axtarışlarını davam etdirir. Pirlo milli komandada işləmək imkanını müzakirə etmək üçün qurumla əlaqə saxlasa da, onun məşqçilik üslubunun komandaya uyğun olacağı dəqiq deyil.