14/01/2023
12:46
4032
| A A A
FIFA Argentina Futbol Assosiasiyasına qarşı iş açıb

FIFA Argentina Futbol Assosiasiyasına (AFA) qarşı intizam işi açıb.

Goal.az xəbər verir ki, iş təhqiredici davranış və ədalətli oyun prinsiplərinin pozulması ilə bağlı maddələrin mümkün pozulması, habelə oyunçular və rəsmilər tərəfindən qanunsuz davranışlar səbəbindən açılıb.

Qeyd olunub ki, söhbət 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının final oyununda futbolçuların davranışından gedir.

Xatırladaq ki, daha öncə Messinin 1/4 final matçından sonra verdiyi müsahibə zamanı niderlandlı hücumçu Vout Veqorstu alçaltdığı məlum olub. Argentinalı hücumçu rəqibinə “Gözünü nəyə bərəldibsən, axmaq? Get buradan” deyib. O, davranışını onunla izah edib ki, Veqorst oyundan əvvəl və oyun zamanı komandanı təxribata təhrik edib. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI