Millətlər Liqasında "Dördlər finalı"nın püşkü atılıb
UEFA Millətlər Liqasında "Dördlər finalı"nın püşkü atılıb.
Goal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə yarımfinal cütləri bəlli olub.
İspaniya İtaliya, Niderland isə Xorvatiya ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Dördlər finalı" 14-18 iyunda Niderlandın Rotterdam və Ensxede şəhərlərində təşkil olunacaq. İyunun 14-ü və 15-də yarımfinal matçları, 18-də isə final görüşü keçiriləcək.