28/01/2023
11:54
5098
| A A A
Amerika Kuboku KONKAKAF regionunda keçiriləcək

2024-cü ildə Amerika Kuboku Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi (KONKAKAF) regionunda keçiriləcək.

Goal.az xəbər verir ki, bu barədə KONKAKAF və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) birgə məlumat yayıb.

Turnirdə 16 milli komanda mübarizə aparacaq. Bunların 10-u CONMEBOL-u, 6-sı isə KONKAKAF-ı təmsil edəcək.

Qeyd edək ki, Amerika Kubokunun hazırkı qalibi Argentina millisidir.

GÜNÜN ƏN ÇOX OXUNANLARI