27/09/2019
10:54
2751
| A A A
Məşhur futbolçunun yeni klubu müəyyənləşdi

Futbol üzrə Fransa yığmasının sabiq yarımmüdafiəçisi Jeremi Menezin yeni klubu müəyyənləşib.

Goal.az xəbər verir ki, 32 yaşlı vinger ölkəsinin Paris klubu ilə müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Menezin son klubu Meksika təmsilçisi America olub. Sochaux-un yetirməsi olan yarımmüdafiəçi, karyerası ərzində Monaco, Roma, PSG, Milan, Bordeaux, Antalyaspor klublarında da forma geyinib. Fransa yığmasında 24 oyuna çıxan futbolçu 2 qolla yadda qalıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37564 səs