28/09/2019
16:08
2312
| A A A
Milan-ın sahibi dəyişə bilər

Milan-ın sahibi ilin sonunadək dəyişə bilər.

Goal.az xəbər verir ki, "qırmızı-qaralar"ı LVMH şirkətinin sahibi Bernar Arno almaq istəyir. "Rossonerilər"in satılması üzrə müqavilənin dekabrın axırlarına qədər bağlanacağı istisna deyil.

Arno son zamanlar klubun dəyərinin 1,2 milyard avrodan 960 milyon avroya enməsindən yararlanmaq niyyətindədir. Satış baş tutsa, Milan-ın baş məşqçi postuna yenidən Massimiliano Alleqri gətiriləcək.

Qeyd edək ki, klubun hazırkı sahibi ABŞ-ın "Elliott Management Corporation" fondudur. Milan çinli biznesmen Li Yonhonun 2018-ci ildə gedişindən sonra bu şirkətin mülkiyyətinə keçib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5747 səs