02/10/2019
11:45
1960
| A A A
Alleqri Premyer Liqa klubunu çalışdıra bilər

Juventus-un sabiq baş məşqçisi Massimiliano Alleqri Manchester United-ə rəhbərlik edə bilər.

Goal.az xəbər verir ki, 52 yaşlı italiyalı mütəxəssis artıq ingilis dilini öyrənməyə başlayıb. Onun uğursuz nəticələr səbəbi ilə postunu tərk edəcək Ole-Qunnar Sulşeri əvəzləyəcəyi bildirilir.

Manchester United İngiltərə Premyer Liqasında geridə qalan 7 turdan sonra 9 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Alleqri 2014-cü ildən ötən mövsümün sonunadək Juventus-a rəhbərlik edib. O, ötən müddətdə 5 dəfə İtaliya çempionluğu, 4 dəfə ölkə kubokunu və 2 dəfə Superkuboku qazanıb. Təcrübəli mütəxəssis İtaliyada ardıcıl 4 mövsüm “qızıl dubl” edən ilk baş məşqçidir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37566 səs