02/10/2019
12:25
2833
| A A A
“Milan-dan mafiyaya görə ayrıldım”

Nigeriya millisinin sabiq futbolçusu Taribo Uest bir mövsüm formasını geyindiyi Milan-dan ayrılmasının səbəbini açıqlayıb.

Goal.az xəbər verir ki, keçmiş müdafiəçi, İtaliya mafiyasının təzyiqinə görə Milan-dan ayrıldğını deyib:

“Milan-dan mafiyaya görə ayrıldım. Zədəli olduğumu demələri üçün həkimlərə rüşvət verdilər. Amma bunlar doğru deyildi. Afrikalıları İtaliya klubunda görmək istəmədikləri üçün məni komandadan atmaq istədilər.

Bundan sonra Liverpool-a getmək şansım vardı. Danışıqlar oldu, ancaq alınmadı. Mən də Derby County klubuna getdim”.

Qeyd edək ki, Taribo Uest 1999/2000 mövsümündə Milan-da çıxış edib.(komanda.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37563 səs