08/10/2019
13:08
1964
| A A A
İtaliya yığmasının "yaşıl rəngli" formasının tarixi

Yenidən "yaşıl rəngli" formaya qayıdan İtaliya yığmasında bu rəngli formanın tarixi.

5 dekabr 1954 cü il. Roma, Stadio Olimpiko, İtaliya - Argentina (yoldaşlıq oyunu)

Alfredo Foninin oğlanları heç bir ciddi çətinlik olmadan Cənubi Amerikalıların öhdəsindən gəldilər. Artıq ilk dəqiqədə Amleto Frignani hesabı açır, ikinci hissənin başlanğıcında isə yerlilərin sevimlisi - Roma-nın hücumçusu Karlo Qalli üstünlüyü 2 topa çatdırır. Bu oyun millinin heyətində Xuan Alberto Şiaffino üçün debüt oyunu idi - əfsanəvi uruqvaylı, 1950 ci il dünya çempionu, hansı ki, Marakanadakı məşhur oyunda qollardan birinə imza atan olmuşdu və braziliyalıları ciblərində olan çempionluqdan məhrum etmişdi. Məşhur İtaliyalı jurnalist Gianni Brera onun oyunundan ilhamlanıb demişdi ki, o ayaqları arasında fənər gizlətmişdi, hansı ki, bu onun bütün ətrafına işıq saçırdı. Amma onun İtaliya millisinə keçidi heç də Şiaffinoya xoşbəxtlik gətirmir, belə ki, O nazionale-də heç bir qola imza ata bilmir. Hər şey Şimali İrlandiyaya məğlubiyyət və DÇ-1958 yollanmamaqla nəticələnir.

Argentina ilə həmin oyun təkcə Şiaffinonun debütü ilə unikal olmamışdı. Belə ki, ilk və sonuncu dəfə İtaliya millisi yaşıl rəngli forma ilə meydana çıxmışdır. Həmin gün Squadra Azzurra tam olaraq Squadra Verde adlandırmaq olardı. Coverciano-da, Calcio-nun muzeyində bu unikal formanın ağ zolaqlı bir neçə nümunəsi nümayiş olunur.

Bəs niyə İtaliya yaşıl formada meydana çıxmışdı? Belə ki, 1950-ci illərdə bu rəngli formaları millinin gənclərdən ibarət yığması istifadə edirdi. Federasiya bununla vurğulamaq istəyirdi ki, əsas komandada yeni dönəm başlayır. Yeni məşqçi, yeni futbolçular. Bundan başqa yaşıl rəng - ümid mənasını simvolizə edir. Ədalət naminə desək, Foni heç vaxt komandanın gəncləşdirilməsi üçün radikal addımları ilə yadda qalmamışdır - onun dönəmində Azzurri-nin orta yaşı 26.5 olmuşdu. Ehtimal edilənlərdən biri də odur ki, onun komandasının yox olmasına əsas səbəblərdən biri də elə bu amil olmuşdur.

Oktyabrın 12-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Yunanıstan ilə oyunda İtaliya yığması yenidən bu rəngli formaya qayıdacaq.

Fuad Şərifov

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37564 səs