10/10/2019
10:45
1127
| A A A
Ciampaolo Milan-ın tarixinə düşdü

Milan-ın baş məşqçisi Marko Ciampaolo ilə yollarını ayırdığını xəbər vermişdik.

Goal.az xəbər verir ki, italyan mütəxəssisin Milan karyerası antirekordla yadda qalıb. Belə ki, Ciampaolo Milan-ın tarixində vəzifəsindən ən tez ayrılan baş məşqçi olub.

İyunun 19-da Milan-a baş məşqçi təyin olunan Ciampaolo, sadəcə 111 gün postunda qalıb.

Qeyd edək ki, Milan A Seriyasında 7 turdan sonra 9 xalla 13-cü sırada qərarlaşıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5749 səs