21/02/2023
20:29
2852
| A A A
Arsenal-da yeni müqavilə

Arsenal futbolçusu Mohammed Elneni ilə yeni müqavilə imzalayıb.

Goal.az xəbər verir ki, misirli yarımmüdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, 30 yaşlı oyunçu 2016-cı ilin yanvarında Basel-dən Arsenal-a transfer olunub. O, indiyə kimi London təmsilçisində 155 oyunda meydana çıxıb, 6 qol vurub, 10 qolun ötürməsini verib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI