08/09/2019
16:48
2346
| A A A
Barcelona Messi ilə müqaviləsini uzatmaq istəyir

Barcelona 2021-ci ili yayında klubla müqavilə müddəti başa çatacaq Lionel Messi ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Goal.az “Mundo Deportivo”ya istinadla yazır ki, Kataloniya təmsilçisi 32 yaşlı argentinalıya ömürlük müqavilə təklif edəcək. Tərəflərin bununla bağlı yaxın vaxtlarda aktiv danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, Messinin hazırkı müqaviləsindəki bir bəndə əsasən, futbolçunun hər il iyunun 30-da anlaşmanı birtərəfli pozmaq hüququ var.