12/09/2019
13:29
17105
| A A A
Messi Ronaldonun dəvətini cavabsız qoymadı

Barсelona-nın futbolçusu Lionel Messi Juventus-lu Kriştiano Ronaldonun birlikdə nahar etmək təklifinə cavab verib.

Goal.az xəbər verir ki, İspaniya mətbuatına açıqlama verən Messi, portuqaliyalı hücumçunun təklifini müsbət qarşıladığını bildirib:

“Ronaldo ilə fikir ayrılığım yoxdur. Dost olmaya bilərik, çünki paltardəyişmə otağında heç vaxt bir yerdə olmamışıq. Amma həmişə mükafatlandırma mərasimində yan-yana otururuq. Yeri gəlmişkən, Monakodakı tədbirdən sonra Ronaldo ilə uzun söhbətimiz oldu. Birgə naharın olub-olmayacağını bilmirəm. Çünki hərəmizin öz həyatı və vəzifələri var. Əlbəttə ki, dəvəti qəbul edirəm”.

Ronaldo Messi ilə birgə qatıldığı Monako şəhərindəki tədbirdə argentinalı oyunçuya birlikdə nahar etməyi təklif etmişdi.