24/04/2021
12:24
2982
| A A A
"Onlar Çempionlar Liqasında oynamayacaqlar"

UEFA prezidenti Aleksander Çeferin hələ də Avropa Super Liqasından imtina etməyən klublar barədə danışıb.

Goal.az xəbər verir ki, sloveniyalı funksioner açıqlamasında növbəti dəfə həmin komandaları Çempionlar Liqasından kənarlaşdırmaqla hədələyib.

Çeferin bildirib ki, Superliqada qalan İspaniyanın Barcelona və Real Madrid klubları, həmçinin Juventus son qərarlarını verməlidirlər: "Desələr ki, biz turnirdən çıxmırıq, Çempionlar Liqasında oynamayacaqlar. Buna hazırdırlarsa, öz Superliqalarında mübarizə apara bilərlər".