25/04/2021
15:55
1895
| A A A
Messinin ailəsi ABŞ-da 7.3 milyonluq mənzil aldı

Barcelona-nın futbolçusu Lionel Messinin ailəsi ABŞ-ın Florida ştatının Sanni-Ayls-Biç şəhərində elit mənzil alıb.

Goal.az xəbər verir ki, bu barədə “The Real Deal” nəşri məlumat yayıb.

Messinin ailəsi Kollinz küçəsində yerləşən “Regalia” yaşayış binasının bütün 9-cu mərtəbəsini alıb. Ailə bunun üçün 7,3 milyon dollar ödəyib.

Mənzildə 4 yataq otağı, 4 vanna otağı, 195 kvadratmetr terras və 1000 şüşə qablıq şərab soyuducusu var.

Messi Forbes jurnalında 2020-ci ilin ən yüksək ödənişli idmançıları siyahısında 3-cü yerdə göstərilib. Argentinalı hücumçu ötən il məvacib və bonuslarla birlikdə 104 milyon dollar qazanıb. (matc)