01/05/2021
13:52
1930
| A A A
Valdez Barcelona-ya qayıdır

Barcelona-nın sabiq qapıçısı Viktor Valdez yenidən Kataloniya təmsilçisinə qayıdır.

Goal.az xəbər verir ki, veteran qolkiper klubun təklifini qəbul edib. O, futbol akademiyasında qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, 2019-cu ildə Barcelona-nın U-19 komandasının baş məşqçisi olmuş Valdez bu postda cəmi 3 ay qalıb. O, klub rəhbərliyi, xüsusilə də akademiyanın direktoru Patrik Klyuvertlə fikir ayrılığına görə istefa verib.

39 yaşlı keçmiş qolkiper 2000 - 2014-cü illərdə Barcelona-nın əsas komandasının qapısını qoruyub.