01/05/2021
15:25
2259
| A A A
Kavanidən rekord göstərici

Manchester United-in futbolçusu Edinson Kavani avrokuboklarda yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, o, buna ötən gecə Avropa Liqasının yarımfinalında Roma ilə matçda (6:2) dubl etməklə və 2 qolun ötürməsini verməklə nail olub.

Uruqvaylı hücumçu 34 yaş 74 günlüyündə bunu bacararaq, avrokuboklarda 1 oyunda 2 qol və 2 qol ötürməsi ilə fərqlənən ən yaşlı oyunçu olub. Əvvəlki rekord Bayern Münich-in futbolçusu Robert Levandovski və Barcelona-nın kapitanı Lionel Messiyə məxsus idi. Onlar bunu 31 yaşında etmişdi.

Qeyd edək ki, Roma və Manchester United arasında cavab görüşü mayın 6-sı keçiriləcək.