03/05/2021
13:29
2278
| A A A
Messi 50-yə çatdı

İspaniya Primerasının XXX turunun matçında Valencia Barcelona-nı qəbul edib.

Goal.az xəbər verir ki, Valensiyadakı Mestalya stadionunda keçirilən görüş qonaqların 3:2 hesabla qələbəsi ilə bitib. Barcelona-nın heyətində Lionel Messi dubl edib, digər qolu isə Antuan Qrizman adına yazdırıb.

Argentinalı hücumçu qollardan birini cərimə zərbəsindən vurub. Bununla o, karyerasında cərimə zərbəsindən vurduğu qolların sayını 50-yə çatdırıb.

Messi İspaniya çempionatının cari mövsümündə keçirdiyi 32 görüşdə 28 qol vurub və 11 məhsuldar ötürmə edib.