05/05/2021
13:25
2036
| A A A
Xavi Qətər klubundan ayrılır

Qətərin Al Sadd komandasını çalışdıran Xavi klubla müqaviləsini yeniləməyəcək.

Goal.az xəbər verir ki, buna komandanın Asiya Çempionlar Liqasında mübarizəni dayandırması səbəb olub. Xavi Al Sadd-lə müqaviləsini yeniləməyəcək və klubdan ayrılacaq.

Xavinin baş məşqçisi olduğu Al Sadd Qətər çempionatının qalibi olub. Xavi 2019-cu ilin mayından bu komandanı çalışdırır. Onun klubla müqaviləsi bu ilin iyuluna qədərdir.

Xavi futbolçu karyerası ərzində 1995-2015-ci illər aralığında Barcelona-da çıxış edib.