23/12/2020
21:47
1325
| A A A
Bayer Leverkusen-də yeni müqavilə

Bayer Leverkusen futbolçusu Florian Virtzlə yeni müqavilə imzalayıb.

Goal.az Leverkuzen təmsilçisinin saytına istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2023-cü ilin iyununa qədər uzadılıb.

Qeyd edək ki, Virtz bu mövsüm Bundesliqada 12 oyunda 2 qol vurub və 4 qolun ötürməsini verib.