13/01/2021
20:39
2617
| A A A
Manchester United-dən Bayer Leverkusen-ə - RƏSMİ

ManChester United-in futbolçusu Timoti Fosu-Mensa Bayer Leverkusen-ə keçib.

Goal.az xəbər verir ki, niderlandlı müdafiəçi yeni komandası ilə 3,5 illik müqavilə imzalayıb.

Keçidin maliyyə detalları açıqlanmayıb. 23 yaşlı futbolçu Bayer-də 24 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, 2014-cü ildən Manchester United-in formasını geyinən Timoti Fosu-Mensa 2020/2021 mövsümündə "qırmızı şeytanlar"ın heyətində cəmi 1 oyun keçirib.