29/01/2021
14:58
4154
| A A A
Almaniya yığmasının üzvündə koronavirus aşkarlandı

Bayer klubunun yarımmüdafiəçisi Nadim Amiri koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 24 yaşlı futbolçudan götürülmüş sonuncu COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Alman yarımmüdafiəçi karantinə alınıb.

Amiri 2019-cu ildən Bayer-in uğurları üçün çalışır. O, həm də Almaniya yığmasının formasını geyinir.(matc)