20/02/2021
15:37
845
| A A A
Bundesliqada ayın ən yaxşısı müəyyənləşdi

Almaniya Bundesliqasında yanvar ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, Eintracht Frankfurt-un hücumçusu Andre Silva ötən ayın ən yaxşısı elan olunub.

Bu barədə Bundesliqanın rəsmi saytı məlumat yayıb. Portuqaliyalı futbolçu ötən ay iştirak etdiyi 6 matçda 7 qol vurub.

Silva bu mövsüm Bundesliqada ümumilikdə 20 oyunda 18 qolla yadda qalıb.