08/04/2021
17:38
1266
| A A A
"Futbolçularımın çıxışından razı qaldım"

Bayern Münich-in baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda PSG-dən aldıqları məğlubiyyəti dəyərləndirib.

Goal.az xəbər verir ki, alman çalışdırıcı 2:3 hesablı yenilgiyə belə şərh verib:

"Oyunu fərqli hesabla bitirə bilərdik. Yaratdığımız qol imkanlarını nəzərə alsaq, burdan qələbəylə də gedə bilərdik. PSG qol vəziyyəti yaratmadan qapımıza üç top vurdu. Futbolçularımın çıxışından razı qaldım".