11/04/2021
15:50
1019
| A A A
PSG - Bayern matçının hakimləri bilindi

Çempionlar Liqasının 1/4 finalında PSG - Bayern Münich matçına hakim təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, görüşü italiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Daniele Orsato olacaq. Yan xətt hakimləri qismində ona Alessandro Ciallatini və Fabiano Preti kömək edəcəklər. 4-cü hakim funksiyasını Daniele Doveri yerinə yetirəcək. Görüşdəki VAR hakimi isə Massimiliano İrrti olacaq.

Qeyd edək ki, aprelin 13-də keçiriləcək matç Bakı vaxtı ilə 23:00da başlayacaq.