12/04/2021
16:29
1702
| A A A
Ulduz futbolçu Bayern Münich-ə qarşı oynamayacaq

PSG-nin kapitanı Markinyos Çempionlar Liqasının 1/4 finalında Bayern Münich ilə cavab görüşünü buraxacaq.

Goal.az xəbər verir ki, Münhendə keçirilən ilk oyunda zədələnən 26 yaşlı müdafiəçi komandanın bugünkü məşqində iştirak etməyib.

Markinyosun aprelin 14-də keçiriləcək qarşılaşmada oynamayacağı dəqiqləşib. Onun yerində cəzalı olduğu üçün ilk görüşü buraxan Leanardo Paradesin oynayacağı gözlənilir.

Qeyd edək ki, sözügedən matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.