14/04/2021
15:25
1868
| A A A
PSG-dən rekord göstərici

PSG UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb.

Goal.az xəbər verir ki, Paris təmsilçisi 1/4 finalda Bayern Munich-i mübarizədən kənarlaşdırmaqla buna nail olub.

Münhendə rəqibini 3:2 hesabı ilə üstələyən PSG cavab qarşılaşmasında 0:1 hesabı ilə uduzsa da, səfərdə daha çox qol vurduğu üçün yarımfinala adlayıb.

Turnirin tarixində ilk dəfə son qalib finalda məğlub etdiyi komandaya pley-offda yenilib.

Qeyd edək ki, 2020-ci il Çempionlar Liqasının finalında Bayern PSG-yə minimal hesabla qalib gəlib - 1:0.