18/04/2021
12:25
1590
| A A A
Flik karyerasıyla bağlı qərar verdi - RƏSMİ

Bayern Münich-in baş məşqçisi Hans-Diter Flik mövsümün sonunda komandanı tərk etmək istəyir.

Goal.az xəbər verir ki, bu barədə alman mütəxəssis Bundesliqanın 29-cu turunun Wolfsburg-la matçından (3:2) sonra öz açıqlamasında deyib. Flik, klub rəhbərliyinə mövsümün sonunda müqaviləsinin ləğv olunmasını istədiyini bildirib.

Almaniya mətbuatının məlumatına görə, Flikin klubun idman direktoru Hasan Salihamiciçlə arasında problem var və o, bu səbəbdən komandadan ayrılmaq istəyir.