21/04/2021
18:58
1080
| A A A
Bayern Münich-in zədəlisi sağaldı

Bayern Münich-in futbolçusu Robert Levandovski zədəsini tam sağaldıb.

Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı hücumçu bu gün komanda ilə məşqlərə başlayıb. Polşalı oyunçunun şənbə günü Mainz-la matçda meydanda olacağı gözlənilir. O, zədə səbibindən Münhen təmsilçisinin son 6 görüşünü buraxıb.

Qeyd edək ki, Mainz - Bayern matçı 24 aprel saat 17:30-da başlayacaq.