26/04/2021
17:27
2518
| A A A
Nagelsman məşhur klubla razılaşdı

Bayern Münich Leipzig-in baş məşqçisi Yulian Nagelsmanla anlaşıb.

Goal.az xəbər verir ki, bu barədə Bild nəşrinin müxbiri Kristian Falk özünün tvitter hesabında yazıb.

Onun sözlərinə görə, Münhen təmsilçisinin hazırkı baş məşqçisi Hans-Diter Fliki növbəti mövsümdən 34 yaşlı mütəxəssis əvəzləyəcək.

Kicker nəşri isə yazıb ki, Nagelsman Leipzig rəhbərliyinə müraciət edərək, müqaviləsinə xitam verilməsini xahiş edib.

Hans-Diter Flikin Almaniya millisinin sükanı arxasına keçəcəyi gözlənilir.(report)