27/04/2021
14:57
2404
| A A A
Bayern Münich-in yeni baş məşqçisi bilindi — RƏSMİ

Bayern Münich-in yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.

Goal.az klubun saytına istinadən xəbər verir ki, Leipzig-in çalışdırıcısı Yulian Naqelsmann karyerasını Münhen təmsilçisində davam etdirəcək. O, iyulun 1-dən yeni klubunda işinə başlayacaq. 33 yaşlı mütəxəssislə 2026-cı ilin iyununa kimi müqavilə imzalanıb.

Beləliklə, Naqelsmann Bayern tarixində ən gənc məşqçi olacaq.

Qeyd edək ki, Münhen təmsilçisini bu mövsümün sonuna kimi hazırkı baş məşqçisi Hans-Diter Flik çalışdıracaq.